“Bizi daha ciddi sınaqlar gözləyir, hazır olmalıyıq” – Deputat

“Prezident İlham Əliyevin Azərbaycanın yaratdığı reallığı digər qonşu ölkələrin qəbul etməsiylə bağlı bəyanatından və “Anadolu” Agentliyinə müsahibəsindən sonra qonşu ölkələr tərəfindən reaksiyalar birmənalı olmadı”.

XALQ.AZ-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, baş verənlər onu bir daha göstərir ki, bu prosesdə din amilindən istifadə olunur: “Reallıq ondan ibarətdir ki, həmin qruplar din pərdəsi altında qarayaxma kampaniyasını davam etdirilir. Qələbədən sonra bizim əsas işimiz din sahəsində təhlükəsizliyi gücləndirməkdir. Din siyasəti konsepsiyası qəbul edilməlidir. Çünki qarşıda bizi daha ciddi sınaqlar gözləyir. İndidən biz bu prosesə hazır olmalıyıq”.