“Bizi çubuq, taxta ilə döyür, başımıza, belimizə vururlar…”

Azərbaycanda yerləşən uşaq evlərinin birindən şikayət var.

Bu barədə sosial şəbəkədə görüntülər yayılıb.

Belə ki, uşaqlardan biri orada şiddət gördüyünü bildirib:

“Bizi çubuq, taxta ilə döyür, başımıza, belimizə vururlar. Bizi o qədər döyürlər ki, özümü asmaq istəmişəm”.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sözügedən görüntülər paytaxt ərazisində yerləşən uşaq evlərindən heç birində çəkilməyib.

 

 

 

oxu.az