“Biznesmem” ifşa olundu

95

Uzun müddətdir ki, mediada əslən Goranboy rayonundan olan iş adamı Müqayis Verdiyevlə bağlı yazılar dərc olunurdu. Bu yazılarda “dövlətçilik fədaisi” kimi təqdim olunan sahibkarın guya şərləndiyi və Goranboy rayon icra hakimiyyətinin başçısının sifarişi ilə həbs olunduğu iddia olunurdu. Apardığımız araşdırmalar və bu araşdırmalar zamanı əldə etdiyimiz şok məlumatlar isə reallığın tam fərqli olduğunu ortaya qoyur. Bildiyiniz kimi, Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində iş icraçısı M.Verdiyevin qanunsuz hərəkətləri ilə baglı başlanmış cinayyət işinin istintaqı yekunlaşaraq CM 178.3.2(dələduzluq) və 179.3.2 və 213.1(vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilib və baxılması üçün aidiyyatı üzrə Gəncə Ağır Cinayətlət Məhkəməsinə göndəriblər. İlk olaraq gəlin, Müqayis Verdiyevin Goranboydan öncəki əməllərinə diqqət yetirək. İmişlidən başlayan “əməliyyat” Yaxud fəhlənin pulunu mənimsəyən iş adamı… Sifarişli və müəyyən məqsədlərlə (bu məsələyə irəlidə qayıdacağıq) yazılan məqalələrdə mələk kimi qələmə verilən M.Verdiyev ilk macərasını İmişlidə yaşayıb. Hələ burda dövlət sifarişini yerinə yetirərkən o, fəhlələrin pulunu vermədən sözün həqiqi mənasında aradan çıxıb. Bu məsələ ilə apardığımız araşdırmalar zamanı aldadılan fəhlələrdən biri Şirvan şəhər ev 9, döngə 1-də yaşayan Hüseynov Fariz Aydın oğlu ilə söhbətləşdik. F.Hüseynov bildirdi ki, 2012-ci ilin avqust ayında abadlıq işlərində usta kimi işləmək üçün İmişli səhərinə gəlib. Dövlət sifarişinin icraçı podratçısı kimi M.Verdiyevlə anlaşaraq işə başlamaq üçün daha 15 nəfəri cəlb edən F.Hüseynov başına gələnləri bizə belə danışdı: “Mən işləyən zamanı Müqayis Verdiyev dəfələrlə mənim işlədiyim yerə gəlib, mənim işimə nəzarət edib, mən ondan zəhmət haqqı barədə soruşanda O, pulun problem olmadığını və ödəyəcəyini söyləyirdi. Mən 45-50 gün orda çalışdıqdan sonra M.Verdiyevdən əmək haqqımı istədim. O isə cavabında sabah verərəm deyib getdi. Həmin gündən sonra 1 həftə M.Verdiyevi görmədim. Vəziyyətim acınacaqlı olduğundan onun yaxın adamlarının vasitəsilə onunla əlaqə saxladım. M.Verdiyevə ac olduğumu, 3 gündür heç nə yemədiyimi söylədim, o isə pul icra hakimiyyətindən verilmədiyini 1 həftədən sonra alacağını söylədi. Mən məcbur olub Şirvana evimə qayıtdım və 1 həftədən sonra yenidən İmişliyə qayıtdım amma M.Verdiyevi tapa bilmədim. Mən dəfələrlə M.Verdiyevlə əlaqə saxlamaq istədim amma o, mənim telefon zənglərimə cavab vermədi. Mən M.Verdiyevə görə çox pis vəziyyətə düşmüşəm, mənim İmişliyə apardığım ustalar mənim evimə gəlib pullarını tələb edirlər”. Bu xeyli sayda aldadılmış usta və fəhlələrdən birinin başına gələnlərdir. Amma belə aldatma prosesi İmişli ilə yekunlaşmayıb, eyni hadisə Goranboydada təkrarlanıb. İş adamının abadlıq maxinasiyaları böyük kapitallar nə ilə əldə olunub? Bildirək ki, Müqayis Verdiyev İmişli kimi Goranboy rayonunda da tikinti-abadlıq işlərini götürmüşdür. Ona dövlət tərəfindən ayrılmış pullar İmişlidə olduğu kimi Goranboy rayonundada vaxtı-vaxtında çatdırılmışdır. Lakin M.Verdiyev bu pulları bir neçə şəxslərlə əlbir olaraq, təmir-tikinti üçün ayrılmış pullara sahib çıxmışdır və fəhlə və ustalara çatası məbləğin böyük hissəsini mənimsəmişdir. Əlbətdə bu da Müqayis Verdiyevin siyasəti idi. Belə ki, O, hər iki rayonda işləyən usta və fəhlələri ölkə rəhbərliyindən və yerli icra hakimiyyəti orqanlarından narazı salmağa çalışırdı ki, sabah pullarını tələb edən fəhllərə günahkarın yuxarı rəhbərlikdə olduğunu söyləyə bilsin. Onun bu hərəkəti dəfələrlə usta və fəhlələr arasında münaqişəyə səbəb olmuşdur. Çünki Müqayis Verdiyev ustalarla fəhlələri də üz-üzə qoyaraq onların təmir-tikinti işlərinin zəiflətməsinə gətirib çıxarmışdır. Amma M.Verdiyev bu günahları üstündən dolayısı yolla atmağa çalışırdı. Onun dəfələrlə bir neçə kütləvi informasiya vasitələrində guya ki, icra hakimiyyətləri bunun pullarını mənimsəmişlər kimi çıxışları olmuşdur. Araşdırmalarımızın nəticəsində məlum olmuşdur ki, M.Verdiyev adı qeyd olunan rayonlara tikinti-abadlıq üçün dövlət tərəfindən ayrılmış pulları icra hakimiyyətlərindən 1 qəpiyinə qədər almış, lakin usta və fəhlələrə ödəməmişdir. Bunun əyani sübutudur ki, Müqayis Verdiyevin həyətində 3-4 bahalı maşınlar vardır. Onlardan “HONDA PİLOT”, MERSEDES”, PORCHE PANAMERA” markalı bahalı avtomaşınların adlarını çəkə bilərik. Hətta Müqayis Verdiyevin Baki şəhərində ən mənzərəli yerlərdə villalarının olduğu bizə məlumdur. Sual olunur: Müqayis Verdiyev bu qədər pulları hardan qazanıb? Onun adı qeyd olunan rayonlarda usta və fəhlələri narazı salaraq, hakimiyyətin üstünə qaldırmasının səbəbi nədir? Həhayət ki, aydın oldu. Şərləndiyini iddia edən “mələyin”gerçək siması Yaxud Müqayis Verdiyev əslində kimdir? Elə buradaca iki məqamı qeyd etmək vacibdir. Bugün günahsızlıq carçısı kimi aləmə səs salmağa çalışan Müqayis Verdiyev nəinki özü dediyi kimi Goranboy rayon icra hakimiyyətinin başçısı tərəfindən şərlənib, əksinə bizim yerli mənbələrdən aldığımız məlumata görə N.Quliyev həm bir həmyerli, tanıdığı şəxs kimi dəfələrlə onu çətinliklərdən xilas edib. Yerli mənbəmiz İcra başçısının oğlu barəsində M.Verdiyevin əsassız böhtanlarına da aydınlıq gətirdi. Başçının oğlu Ramal Quliyev həqiqətən də təyinatla 2010-cu ilin əvvəlindən 2012-ci illər ərzində Kapital Bank ASC-nin Mingəçevir şəhər filialına rəhbərlik edib. Mingəçevir şəhərində işləməsinə baxmayaraq o, Goranboy rayonunda yaşayırdı. Məlumatımızdan o, çox sadə və əsl Azərbaycan gəncinə uyğun davranışıyla nümunəvi insanlardan biri idi. Onun barəsində M.Verdiyevin əsassız böhtanlara tamamilə cəfəngiyatdır. Sonradan aldığımız məlumata görə başqa bir bankdan yüksək vəzifə təklif olunduğu üçün o, 2012-ci ildə  işdən çıxıb və Bakıda hal-hazırda həmin bankda mühüm bir vəzifədə çalışır. Nə bilsinlər ki, üzdə özünü “mələk”görsədənin gerçək siması nədir? Goranboyda aparılan tikinti-abadlıq işlərində fəhlə kimi çalışan və onlarla digər vətəndaş kimi haqqı yeyilən Tərtər rayon sakini Rasim Fərəcov deyir: “Goranboyda hamı bilir ki, M.Verdiyev hələ İmişlidə həbs olunmalı idi. Amma hansı yollarlasa da o, həbsdən canını qurtara bildi. Goranboy rayon rəhbərliyi də onun öz rayonuna daha çox canyandıracağı ümidi ilə işləri ona verdi. Biz işlədiyimiz dövrdə belə o,ara-sıra işçilər arasında icra başçısına qarşı təbliğat aparırdı. Ancaq icra başçısı işin gedişinə nəzarətlə bağli tikintiyə baş çəkəndə M.Verdiyev az qalırdı diz çöksün qarşısında. Sonda biz pulumuzu ala bilməyəndə bunun səbəbini anladıq. Bir sözlə M.Verdiyev İmişlidə etdiklərini Goranboyda təkrarladı. Amma bu dəfə cəzasız qalmadı”. Beləliklə də, Müqayis Verdiyevin iç üzü ortaya çıxdı. Aydın oldu ki, bu qədər mətbuatda böhtanları atmağın bircə səbəbi var ki, o da ortalığı qatıb, öz əməllərinin üstünü ört basdır etməkdən ibarətdir. Fəhlələrin pulunu mənimsəmək, şər-böhtan atmaqla öz şəxsi mənafeyi üçün bəzi insanlardan pul tələb edib, aldığı əmlakların qarşılığında yaranmış külli miqdarda olan borclarını ödəmək. Əsl məqsəd budur. İcra başçısına qarşı şantaj kampaniyasının pərdəarxası Yaxud Anar Verdiyev nə ilə məşğuldur? Bütün bunlardan sonra Müqayis Verdiyevin yalanlarına daha ciddi ittihamlar əlavə olunur. Belə ki, bizim araşdırmalarımız zamanı etibarlı mənbə iş adamının həbsindən sonra oğlu Anar Verdiyevin əməllərindən bəhs etdi. Verdiyevlərə yaxın olan mənbə deyir: “Anar Verdiyev atasının həbsindən sonra müxtəlif yollarla pul qazanmaq eşqinə düşür. Bu cavan oğlan, bahalı maşınlar, avropa stilli uzun saçlar və geyim həvəskarı kimi əyləncələrə çox meyilli olduğundan, maddi tələbatlarını şantaj və yalanlarla ödəməyə başlayır. Atasının dostları arasında böyük bir yardım kampaniyasından yığdıqlarını xəcləyib qurtaran Anar Verdiyev daha sonra media ilə işləməyə başladı. Bunun üçün bir çox sayt və qəzetlərlə əməkdaşlıq edilib. Bu media orqanlarına Goranboy rayonu ilə bağlı böhtan xarakterli məlumatlar verilir, Anar Verdiyev isə həmin media rəhbərlərinə söz verir ki, rayonda ona yaxın olan şəxslər vasitəsilə yazıları icra hakimiyyətinə çatdıracaq. Bundan sonra hansısa maddi qarşılıq olarsa Anar Verdiyev də müəyyən paya sahib olar. Özü də Anar Verdiyev bu prosesdə ikitərəfli qazanır. Bir yandan da atasına onun mediada müdafiəsi üçün xeyli pul xərclədiyini bildirərək ailə büdcəsindən də pul silir”. Borclar kralının həbsxana macərası Yaxud M.Verdiyevi kimlər himayə edir? Yazının bu yerində xatırladaq ki, bu Müqayis Verdiyevin barəsində başlanan ilk cinayət işi deyil, silsilə cinayətlərin davamıdır. Birinci dəfə M.Verdiyev 26 noyabr 1998-ci ildə Azərbaycan Recpublikası Prokurorluğu tərəfindən mənimsəmə və israf etmə maddəsi ilə 4 il müddətinə; İkinci dəfə M.Verdiyev 23 may 2002-ci ildə Ağır Cinayətlərə dair Məhkəmənin hökmü ilə dələduzluq maddəsi üzrə 8 il azadliqdan məhrum etmə cəzasına məhkum edilib. M.Verdiyev bu cinayətlərlə kifayətlənməyib. O, bir neçə nəfəri aldadaraq pulunu mənimsəyib. Belə ki, Ağakişiyev Vüsal Zakir oğlundan qaytarmaq adı ilə 210 min manat alıb. Lakin borcu ödəmədiyi üçün Ağakişiyev məhkəməyə müraciət edib. Goranboy Rayon Məhkəməsi 21 noyabr 2011-ci ildə bu işə baxıb və iddianı təmin edib. Bundan başqa Müqayis Verdiyev Əliyev Tahir Yunis oğlundan da 100 min dollar borc pul alıb və yenə də qaytarmayıb. Tahir Əliyev məhkəməyə müraciət edib və 12 oktyabr 2012-ci ildə Goranboy Rayon Məhkəməsində işə baxılaraq iddia təmin edilib. Göründüyü kimi Müqayis Verdiyev həmişə qanunazidd əməllərin sahibi olub. Odur ki, su çanağı suda sınar. Ən müxtəlif mətbu nəşrlərdə özünü sudan duru çıxarmağa çalışan Müqayis Verdiyev həqiqətdə budur”. Amma başqa bir həqiqət daha dəhşətlidir. Bu M.Verdiyevin hansısa gözəgörünməz qüvvələr tərəfindən himayə olunmasıdır. Adının çəkilməsini istəməyən mənbəmiz Verdiyevlərlə bağlı daha dir şok məlumatın üstünü açdı: “Müqayis Verdiyevin həbsxanada olmasına baxmayaraq bəzi məhdudiyyətləri aşa bilir. Onun oğlu bir çox media mənsublarına atası ilə həbsxanada rahat görüş təşkil edə biləcəyini, hətta audio və video yazıya şərait yaradacağını vəd edir. M.Verdiyevin özünün də həbsxanada rahat şəkildə telefondan istifadə etdiyi və bəzi media mənsubları ilə danışdığı məlumdur”. Mənbəmiz həmin media orqanlarının radikal müxalifət cəbhəsinə aid olduğu bildirilir. Özünü dövlətçilik fədaisi kimi təqdim edən şəxsin müxalifətlə belə sıcaq münasibətləri isə onun iç üzünü açıb görsədir. Amma bu şəxsin həbsxanadakı şəraiti haqda iddialar artıq hüquq mühafizə orqanlarının araşdıracağı bir məsələdir. Verdiyevlər indi də mətbuata car çəkməyə çalışırlar ki, guya Verdiyevlər heç vaxt, heç kimə şər böhtan atmayıblar. Bu yazıların dərc olunmasında günahkar saytlardır ki, jurnalistlər yazıları araşdırıb dərc etməli idilər. Yəni, bunların heç bir günahı yoxdur. Onu da xatırladaq ki, Goranboy rayon İcra başçısının müavini B.Abdullayev Verdiyevləri saytlarda ona qarşı təhqiraməz ifadələrinə və şəh, böhtanlarına görə məhkəməyə müraciət etmiş və vəsatət xüsusi ittiham qaydasında icraata qəbul edilmişdir. İndi də Verdiyevlər özlərini sudan duru çıxarmağa çalışırlar ki, müavin ərizəsini geri götürsün. Əgər böhtan atmamısansa, bizim qanunlarımız var, nədən çəkinirsiniz? Mətbuata car çəkməkdənsə ki, İcra başçısının prokurorluğa məktubu əsasında həbs edilmişəm, birincisi düşünmək lazımdır ki, əgər İcra başçısı məktub yazmışsa belə, insan məktuba əsasən yox, günahı varsa və günahın istintaqla təsdiq edılərsə həbs edilir. Bunu savadsız insanlar bilməyə bilər. Ancaq dəfələrlə məhkumluq həyatı yaşayan və bu qəfəsdən zövq alan M.Verdiyev dəqiq bilir. İstintaq da bunu təsdiq edir. Bildiyiniz kimi, Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində iş icraçısı M.Verdiyevin qanunsuz hərəkətləri ilə baglı başlanmış cinayyət işinin istintaqı yekunlaşaraq CM 178.3.2(dələduzluq) və 179.3.2 və 213.1(vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilib və baxılması üçün aidiyyatı üzrə Gəncə Ağır Cinayətlət Məhkəməsinə göndəriblər Buyurun günahsızlığınızı məhkəmədə sübut edin. Ola bilsin ki, ertəsi gün Verdiyevlərin nümayəndələrindən biri yenə də mütbuata çıxacaq və yenə də ittihamlar səsləndirəcəklər. Amma bu ittihamların əsasının olmadığı barədə yuxarıdakı faktlar yetərli qənaət formalaşdırır. Tək qalan mətbuatın bu istiqamətdə haqlı mövqe tutmasıdır. Yəni, KİV-lər kiminsə, nələrisə iddia etməsini mediatik maraqlar fonundan daha çox, haqq-ədalət tərəzisindən qiymətləndirməlidir. Bizcə, əsl mətbuat da elə budur….