Blogerin törətdiyi qəzada ölən şadlıq evi sahibinin oğlu imiş-Fotolar

Xəbər verdiyimiz kimi sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.

Qəzada ölən N. Şakirlinin dostu Ruslan Məmmədovdur. Onun Gəncədəki “İmperial” şadlıq evinin sahibi Şahin Məmmədovun oğlu olduğu bildirilir.

Qeyd edək ki, 29 yaşlı N. Şakirlinin sağ yuxarı ətrafı dirsəkdən amputasiya olunub. Hadisə vaxtı yolda hərəkəti tənzimləyən polis əməkdaşı, 23 yaşlı Fəxri Rüstəmov isə sağ əlin kəsiyi diaqnozu ilə xəstəxanaya çatdırılıb.