BMT “Ebola”yla bağlı toplanır

35

 

ABŞ BMT Təhlükəsizlik Şurasının Ebola virusu ilə bağlı növbədənkənar iclasını çağırır. 

 

XALQ.AZ musavat.com-a istinadən məlumatına görə, Diplomatlardan biri bildirib ki, ABŞ səfiri Samanta Pauer iclasın sentyabrın 18-də keçirilməsini planlaşdırır. Diplomat onu da deyib ki, bu, Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizlik, səhiyyə sahəsi ilə bağlı sayca ikinci fövqəladə toplantıdır

İlk iclas AİDS pandemiyası ilə bağlı keçirilmişdi.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Ebola 2400 nəfərin həyatına son qoyub.