Borrellin hərbi əməliyyatların dayandırılması barədə bəyanatı

Dağlıq Qarabağ və onun ətrafında hərbi əməliyyatların dayandırılmasını alqışlayıram. Bazar ertəsi günü Ermənistanla Azərbaycan arasında Rusiya vasitəçiliyi ilə razılaşdırılmış atəşkəs insan tələfatının qarşısını almağa kömək edəcəkdir və ümid edirəm ki, məsələnin hərtərəfli şəkildə həll olunması yolunda bu atılan ilk addımdır.

Indi danışıqlar zamanı istənilən həll yolunun davamlı olmasını təmin etmək lazımdır.

Avropa İttifaqı ATƏT-in Minsk Qrupu həmsədrlərinin rəhbərlik etdiyi qurulmuş formatı dəstəkləməyə davam edir, bu cəhdlərə və bütün Cənubi Qafqaz bölgəsinin dinc və firavan inkişafı üçün sazişlərin həyata keçirilməsinə töhfə verməyə hazırdır.