Paytaxtın “Kubinka” və “Papanin” kimi tanınan ərazilərində istismar müddəti bitən evlərin söküntüsünə bir ildən çoxdur başlanılıb.
Sakinlərin bir çoxu razılığa gəlsə də, lakin ərazidə yaşayan bəzi vətəndaşlar tikinti şirkəti ilə razılığa gələ bilməyib. Bu isə ərazidə çoxmərtəbəli binaların inşaası prosesini ləngidir.
Tikinti şirkətindən atv-yə bildirilib ki, Yusif Vəzir Çəmənzəminli və Novruzov qardaşları ünvanında 310 ailədən 215-i ilə razılıq əldə olunub.
Qeyd edək ki, adı çəkinlən ünvanlardakı yeni mənzilin bazar qiyməti hər kvadrat üçün 2 min manat olsa da, sakinlər 4-5 min pul tələb edirlər.