Bu ailələrə uşağa görə 435 manat veriləcək-Prezident Fərman imzaladı

Himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinətin məbləği müəyyənləşib.

 

XALQ.AZ xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Sosial müavinətlərin məbləğinin artırılması haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.

 

Fərmana əsasən,

 

– himayədar ailəyə verilmiş uşağa (bu Fərmanda qeyd olunan uşaqlar istisna olmaqla) görə: 0–6 yaş arası uşağa görə – 355 manat, 7–13 yaş arası uşağa görə – 375 manat, 14–18 yaş arası uşağa görə – 395 manat;

 

– himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə: 0–6 yaş arası uşağa görə – 395 manat, 7–13 yaş arası uşağa görə – 415 manat, 14–18 yaş arası uşağa görə – 435 manat müavinət veriləcək.