“Bu bəyanat Ali Baş Komandan və ordumuzun şanlı qələbəsidir!”

“Qalib Ali Baş Komandanımızın dünyaya, bəşəriyyətə sığmayan sevinci, tarixi qələbəsi, bütün dünya azərbaycanlılarının, türk dünyasının sevinc və coşqusuna səbəb olan zəfəri onun gücünün, əzminin, iradəsinin və qətiyyətinin nəticəsidir! Tarixi qələbənin mənbəyi xalqımızın həmrəyliyi, Cənab Ali Baş Komandanın yumruğu ətrafında sıx birləşən insanlarımızın inamı və Azərbaycan ordusunun məğlubedilməzliyi hünəri və qətiyyəti idi”. 

XALQ.AZ xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev deyib.

O bildirib ki, dəmir yumruğu ilə tarixi və ilahi ədaləti bərpa edən xalqımızın sərkərdəsi əsrlərə, nəsillərə örnək və dastan olacaq qətiyyəti və hünəri ilə Azərbaycan tarixinin keçmişinə və gələcəyinə adını qızıl hərflərlə həkk etdirib: