“Bu böhrandan uğurla çıxacağıq” – Türkiyə parlamentinin sədri

Türkiyə parlamentinin sədri Binəli Yıldırım ABŞ-ın ölkəsinə tətbiq etdiyi sanksiyalara münasibət bildirib.

XALQ.AZ xəbər verir  ki, spiker ABŞ-ın sanksiyasından sonra ölkə iqtisadiyyatında baş verən dalğalanmadan narahat olmadıqlarını deyib: “Xalqımız Türkiyəyə qarşı oyunu görür. Ancaq bilsinlər ki, öhdəsindən gələ bilməyəcəyimiz problem yoxdur. Bu böhrandan uğurla çıxacağıq”.

Xatırladaq ki, ABŞ-ın sanksiyasından sonra dollar ölkədə sürətlə bahalaşıb. Belə ki, sanksiyaya qədər dollara nisbətdə 4.84 civarında olan lirə hazırda 6.70 həddindədir.

 

 

Orxan