Bu bürcdə olanlar iş tapmır

Burc

Dünyanını ən çox əhalisinə sahib olan ölkədə iş yerinə qəbul bürclərə görə seçilir.

XALQ.AZ-ın məlumatına görə, Çində bir çox şirkətlər işçi seçərkən onun hansı bürc olmasına diqqət edir. Ən pisi isə orada 23 avqust-22 sentyabr tarixləri arasında doğulmaqdır. Çünki həmin şəxslər Oğlaq bürcü hesab edilir və həmin bürcün iş tapmaq imkanı isə çox aşağıdır.

İddialara görə ən şanssız bürc oğlaqdır. Oğlaq bürclü şəxslərdə obsessiv-kompulsiv simptomlar olması səbəbilə onların müraciətləri geri qaytarılır.

Oğlaq bürcündən başqa mənfi münasibət bəslənən digər bürclər isə Balıqlar və Əqrəb bürcləridir.

Qeyd edək ki, “New Republic” adlı yerli bir qəzetdə Honq Konqdakı avia-şirkətlərdən birinin Əkizlər, Tərəzi və Dolça bürcündə işçilər axtardığı bildirilib.