Bu dəfə Türkiyə Azərbaycana dəstək oldu – Video + Foto

Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur Atakule qülləsi Azərbaycan bayrağı ilə işıqlandırılıb.

XALQ.AZ xəbər verir ki, işıqlandırma prosesində Azərbaycan və Türkiyə bayraqları birgə hərəkətdə olublar.

Qüllənin zirvəsində ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət!” ifadəsi, onun ardınca isə “Can Azərbaycana sevgilərlə” şüarı üç rəngli bayrağımızın rəngləri fonunda hərəkətdə olub.

İşıqlandırma yerli televiziyalar tərəfindən canlı nümayiş olunub.

Qeyd edək ki, televiziya kanallarının bu barədə yaydığı reportajda tamaşaçıların diqqətinə çatdırılıb ki, koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağının bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunmasının ardından Atakule qülləsinin üç rəngli Azərbaycan bayrağının rənglərinə boyanması iki dövlətin əbədi qardaşlığının tərənnümüdür.

XALQ.AZ