Bu gecə Yasamalda iki gənc bıçaqlandı

Qanli bicaq-1

Yasamal rayonunu bu gecə hadisələrlə bol olub. Baş verən qəzalarla yanaşı rayon ərazisində həm də 2 biçaqlanma hadisəsi qeydə alınıb. Bıçaqlanan gənclər dərhal xəstəxanaya çatdırılıblar. Amma hadisəni törədənləri gördüm deyən olmayıb.

Şər vaxtı iki gənc Bakının Yasamal rayonu ərazisində bıçaqlanıb. İlk belə xəbər 25 yaşlı Seyidəhmədov Elmir İbrahim oğlunun bıçaqlanması oldu. Təcili tibbi yardım briqadası onu metronun 20 Yanvar stansiyası yaxınlığında aşkar edib. Xəstəxanaya gətirilən zaman Elmir Seyidəhmədova sol yanağının kəsilmiş-deşilmiş yarası və qanaxma diaqnozu təyin edilib. O, həm də alkoqol sərxoşluğu vəziyyətində olub. Məlumata görə, Elmiri tanımadığı şəxslər yaranmış mübahisə zamanı bıçaqlayıb. Ancaq hadisə ilə bağlı saxlanılan yoxdur.

20 yaşlı Süleymanov Qənbər Tahir oğlu da metronun 20 Yanvar stansiyası yaxınlığında bıçaqlanıb. O, hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub. Qənbər Süleymanovun xəsarəti döş qəfəsinin sol yarısında aşkar edilib. Özü də kəsilmiş-deşilmiş halda. Hər iki qanlı hadisənin səbəblərinə aydınlıq gətirilməsi üçün Yasamal rayon Polis İdarəsinin əməkdaşları məsələyə əl qoyub. İstintaq araşdırmaları da elə bu istiqamətdə aparılır.