Bu gecədən benzinin qiyməti artdı

Benzin

İran hökuməti benzinə olan dövlət subsidiyalarını ləğv edib ki, nəticədə aprelin 24-ü axşam saatlarından benzinin qiyməti bahalaşıb.

Xalq.az-ın məlumatına görə, bezinin qiyməti 0.16 ABŞ dollarından 0.28 ABŞ dollarına qalxıb.

Müxbirlərin sözlərinə görə, yanacaqdoldurma məntəqələrində gecə yarısından sonra böyük növbələr yaranmışdı. Amma, xalqın həyəcanı hökumətin qərarını dəyişmədi. Baxmayaraq ki, hətta qiyməti qalxandan sonra belə İran benzini dünyada ən ucuz benzinlərdən biri olaraq qalır.

Subsidiyaların ləğvi isə cəmiyyətin aztəminatlı təbəqələrinə vura bilər.

Qeyd edək ki, İranda əhalinin təxminən 25%-i işsizdir.

Ekspertlərin rəyinə görə, benzinin qiymətinin qalxması prezident Həsən Ruhani üçün ciddi sınaq ola bilər. O, qənaət edilmiş pullara yeni iş yerlərin açacağına söz vermişdi.