Bu gün Azərbaycanda yağış yağacaq

Hava

Bakıda və Abşeron yarımadasında aprelin 22-dən 23-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Temperaturu gecə 9-12°, gündüz 15-20° isti, Bakıda gecə 9-11°, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur gecə 7-12°, gündüz 19-24° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Temperatur gecə 3-7°, gündüz 12-17° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Temperatur gecə 8-13°, gündüz 19-24° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Temperatur gecə 7-12°, gündüz 17-22° isti, dağlarda gecə 3-8°, gündüz 10-15° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında, əsasən, gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur gecə 9-14°, gündüz 19-24° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Temperatur gecə 8-13°, gündüz 18-23° isti, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacaq.