Bu gün Beynəlxalq Demokratiya günüdür

XALQ.AZ xəbər verir ki,   bu gün Beynəlxalq Demokratiya günüdür.

Demokratiya Günü 2007-ci ildə BMT Baş Assambleyası tərəfindən yaradılıb və hər il sentyabrın 15-də qeyd olunur. Bu tarix 2008-ci ildə yeni və bərpa edilmiş demokratiyaların 20 illiyinə həsr olunan beynəlxalq konfransında müəyyən edilib.

BMT dünyada demokratiyanın vəziyyətinə diqqət çəkmək üçün dövlətləri, regional, hökumətlərarası və qeyri-hökumət təşkilatlarını yeni bayramın qeyd edilməsinə çağırış edib.

Demokratiya yalnız məqsəd deyil, bir prosesdir və yalnız beynəlxalq ictimaiyyətin, dövlət orqanlarının, cəmiyyətin və fərdi vətəndaşların tam iştirakı və dəstəyi ilə dünyanın hər yerində demokratiyanın ideallarını həyata keçirmək mümkündür

 

 

Orxan