“Bu gün biz üçüncü mərhələni keçirəcəyik” – Elnarə Musayeva

“Bu gün biz üçüncü mərhələni keçirəcəyik”. Bu sözlər “Əziz Şuşa” beynəlxalq velosiped yarışı barədə fikirlərini bölüşən Azərbaycan Velosiped Federasiyasının baş katibi Elnarə Musayeva deyib.

O bildirib ki, idmançılar Qəbələdən start götürüb 170 km gət edib finişə Gəncə şəhərində başa vuracaqlar: “Bu yarış sürətli olacaq. Eyni zamanda idmançılar bu mərhələdə biraz dincələ biləcəklər, çünki qabaqda bizi çox çətin Göygöl və Şuşa mərhələləri gözləyir”.