Xüsusi əməliyyat nəticəsində saxlanılan icra başçısı Kərəm Həsənovla hansı əlaqəsi var?

Xəbər verdiyimiz kimi bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov rüşvət alarkən saxlanılıb.

XALQ.AZ xəbər verir ki, Namiq Rəsul oğlu Zeynalov Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2018-ci il tarixli Sərəncamı ilə Cəlilabad RİH-nin başçısı təyin edilib.

O, bu vəzifəyə qədər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsini tutub.

Daxil olan məlumata əsasən saxlanılan icra başçısı Namiq Zeynalov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənova yaxınlığı ilə tanınır. Namiq Zeynalovun icra başçısı təyin edildikdən sonra rayonda Kərəm Həsənovun bəzi tapşırqlarını icra edilməsi üçün lazımi şərait yaratmışdır.