Bu gündən Paşinyan vəzifəsini icra etmir

Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan 7-18 iyun tarixlərində məzuniyyətdə olacaq.

XALQ.AZ xəbər verir ki, müvafiq qərar hökumətin saytında dərc edilib.

Qərarda deyilir ki, Nikol Paşinyana 7-18 iyun tarixləri arasında məzuniyyətdə olarkən, onu baş nazir müavini vəzifəsini icra edən Tiqran Avinyan əvəz edəcək.

Xatırladaq ki, Ermənistanda erkən parlament seçkiləri iyunun 20-nə təyin edilib. Ölkədəki seçki kampaniyası rəsmi olaraq 7 iyunda başlayıb. Seçkilərdə iştirak etmək üçün 22 partiya və 4 blok qeydiyyatdan keçib. Ermənistanda ümumi seçicilərin sayı 2 milyon 581 min 93 nəfərdir.