Bu gündən payız başlayır

Bu gündən Azərbaycanda payız fəsli başlayır.

XALQ.AZ xəbər verir ki, payız sentyabrın 23-də saat 11.50-də ölkəmizə qədəm qoyacaq.

Bu gün gecə-gündüz bərabərliyi baş verəcək. Sentyabrın 23-dən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq. Gecələrin uzanması dekabrın 22-nə kimi davam edəcək və həmin gün ən uzun gecə olacaq.

Qeyd edək ki, qış fəsli Azərbaycana dekabrın 22-i Bakı vaxtı ilə saat 08.19-da daxil olacaq.