Bu il Bakı metrosuna 30 yeni vaqon alınacaq

“2019-cu il ərzində “BakıMetropoliteni” QSC 6 qatar, daha doğrusu 30 vaqon alacaq və bununla bağlı artıq müqavilə imzalanıb. Vaqonlar iyun ayından etibarən Bakıya gətiriləcək”.

Xalq.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə,  yeni vaqonlar  Rusiyadan alınacaq.

“Bu qatarlar ən müasir  avadanlıqlarla- kondinsioner və digər avadanlıqlarla təmin olunacaq. Onu da deyim ki, bu vaqonlar xüsusi olaraq Bakı metropolitenin  xarakterlərinə uyğun hazırlanacaq.  Bu qatarlarla  “BakıMetropliteni” QSC-nin  tələblərinə uyğun olaraq texniki şərtlər əlavə olunub. Ümumiyyətlə bu vaqonlar xüsusi olaraq  Bakı metroları üçün hazırlanacaq. Çünki Bakı metrosu ilə Moskva metroları, iqlim şəraiti  və digər məsələlərdə fərqliliklər var, bu qatarlar da həmin texniki şəraitlərə uyğun hazırlanacaq”,- deyə B. Məmmədov vurğulayıb.

O, əlavə edib ki,  yeni qatarlar  iyun ayından etibarən Bakıya gətiriləcək və sazlamadan sonra  tədricən paytaxt sakinlərinin  istifadəsinə  veriləcək. ”Ümumiyyətlə, bundan sonra Bakı metrosunda istismar müddəti çıxan qatarları müasirləri ilə əvəz edəcəyik”, – Məmmədov bildirib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.