Bu il Bakının 26 məktəbinə yeni direktor təyin edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil müəssisələrinə 2019-cu təqvim ili ərzində 26 nəfər direktor vəzifəsinə işə qəbul olunub.

BŞTİ-dən bildirilib ki, eyni zamanda, 13 məktəb direktorunun iş yeri dəyişdirilib, 111 məktəb direktorunun isə müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Həmçinin pensiya yaşına çatmış 30 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb.

On səkkiz direktorla bağlanmış əmək müqaviləsi isə ləğv edilib.

Orxan