Yeni yollar çəkiləcək

Bu il uzunluğu 2 min km-dən çox kəndlərarası və qəsəbələrarası yollar çəkiləcək.

XALQ.AZ  xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov 2017-ci ilin yekunlarına və 2018-cı il qarşıda duran vəzifələrin icrasına həsr olunan iclasda bildirib.

Onun sözlərinə görə, 2017-ci il ərzində Agentlik tərəfindən nəzərdə tutulan bütün respublika əhəmiyyətli, kəndə və qəsəbələrarası avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işlərinin uğurla icra olunub, ümumilikdə uzunluğu 1335 km təşkil edən yolların yenidən qurulub və təmir olunub.

S.Məmmədov prezident İlham Əliyevin regionlarda nəzərdə tutulan bütün infrastruktur layihələrin icra edilməsinin, insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən turizmin və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq kənd və qəsəbələrarası avtomobil yollarının tikintisinin vacibliyi barədə səsləndirdiyi tövsiyyə və tapşırıqlarına əsasən, 2018-ci ildə də bu istiqamətdə genişmiqyaslı işlərin aparılacağını, uzunluğu 2 min km-dən artıq kəndlərarası və qəsəbələrarası avtomobil yolu layihəsinin, habelə digər respublika əhəmiyyətli və magistral avtomobil yollarının layihələrinin icrasının həyata keçiriləcəyini deyib.