Bu insanlar içkidən ölüb


“Rosstat” Rusiya Federasiyasında alkoqol səbəbiylə ölüm sayında artım olduğunu açıqlayıb. 

XALQ.AZ xarici mətbuata istinadən xəbər verir ki,  2020-ci ildə 50 435 nəfər rus alkoqol istehlakı ilə əlaqəli səbəblərdən dünyasını dəyişib. Üstəlik, 2019-cu ildə bu rəqəm 47.427 nəfərə bərabər idi ki, bu da 2018-ci ildəki ölüm sayından azdır.

“Rosstat”a görə, 2020-ci ildə zehni və davranış pozğunluqları ilə əlaqəli ölümlərin sayı da artıb. Bu səbəblərdən 25.159 nəfər ölüb ki, bu da bir il əvvəldən (19.440 nəfər) 20% çoxdur. 

Qeyd edək ki, ölkənin Səhiyyə Nazirliyi alkoqol istehlakının artması və sonrakı ölüm sıçrayışının yaratdığı problemlərin qarşısının alınması üçün 2020-2030-cu ilə qədər alkoqol istehlakını azaltmaq üçün bir konsepsiya hazırlayıb.

Alimlərin son araşdırmalarına görə alkoqolizmlə insanın qan qrupu arasında müəyyən bir əlaqə var. İkinci qan qrupunun daşıyıcılarının digərlərinə nisbətən alkoqol içmə ehtimalı daha yüksəkdir.