“Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir”

“Bu gün bəşəriyyət koronavirus pandemiyasına qarşı mübarizədə aciz durumda qalıb və nə qədər səy göstərməsindən asılı olmayaraq bu gözəgörünməz düşmənin nə qədər davam edəcəyi və onun yaratdığı riskləri, mənfi təsirləri dəqiqliklə proqnazlaşdırmaq qeyri-mümkündür. Sanki bu gün dünya düzəni gözlənilməyən hadisələr üzərində qurulub ki, bunların əslində heç bir məntiqi izahı yoxdur. Bu məntiqi kimin necə qəbul edib-etməməsindən asılı olmayaraq, sadə bir həqiqəti və reallığı ölkəmizdə hamımız qəbul edirik ki, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva xalqımızın bu bəladan ən az itki ilə qurtulması üçün dövlətimizin illər boyu qazanmış olduğu bütün güc və qüdrətini səfərbər edib. Bu həqiqəti hamımız qəbul edirik. Bu ağır günlərdə Prezident və Birinci vitse-prezidentin xalqın yanında olduğuna şahidlik edirik. Ölkə rəhbərliyi üzləşdiyimiz bu çətin vəziyyətdə çeviklik nünmayiş etdirərək ən pis gedişata bələ hazırlıqlı olması əhalimizdə bir ruh yüksəkliyi və arxayınlıq yaradıb”.

XALQ.AZ xəbər verirki, bunu açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Onun sözlərinə görə,  ölkə rəhbərliyi tərəfindən  pandemiyanın yayıldığı ilk günlərdən  vətəndaşlarımızın təhlükəsizliyinin və sağlamlığının müdafiəsi, eyni zamanda  pandemiyanın  ölkəsnin sosial və iqtisadi həyatına mənfi təsirlərinin aradan qalırılması istiqamətində   kompleks  tədbirlər planı hazırlanaraq həyata keçirilməyə başlanıldı. “Məhz  cənab Prezident və Birinci vitse-prezidentin səyləri nəticəsində  vəziyyət nəzarətə götürüldü və nəzarətdə saxlanılır. Bu gün  nəniki mövcud vəziyyətdən çıxış yolları, eyni zamanda postpandemiya dövründə iqtisadi dayanıqlılığın qorunub saxlanması,  sürətli iqtisadi inkişaf dinamikasını təmin etmək istiqamətində strateji yol xəritəsi hazırlanıb. Buna uyğun olaraq indidən xüsusi planlar hazırlanaraq həyata keçirilməkdədir.  Cənab Prezidentin   koronavirus pandemiyasının ilk günlərində   üzləşdiyimiz  vəziyyətə   çevik reaksiya verib Azərbaycanın xalıqnı və dövlətini bu bəladan az itki ilə çıxarması istiqamətində həyata keçirdiyi tədbirlər dünya birliiy tərəfindən təqdir edildi və bəyənildi.   Pandemiayay qarşı Azərbaycanın tətbiq etdiyi  effektiv mübarizə metodları dünyanın müxtəlif ölkələrində tətəbiq edilməyə başlandı. Azərbaycanın bu sahədə də əldə etdiyi uğurlar hər zaman olduğu kimi  istər daxildəki, istərdəki xaricdəki anti- Azərbaycan qüvvələri narahat etməyə başladı. Daxildəki “beşinci kolon”un nümayəndələri xaricdəki ağalarının dəstəyi ilə Azərbaycanın uğurlarına kölgə salmağa başladılar. Belə ki, ölkə başçısının dəfələrlə bəyan etdiyi kimi tarixin ziblliyinə atılan anti-milli qüvvələr Azərbaycanda virusa yoluxanların və ölənlərin sayının çox olmasını arzu etdilər.  Virusa yoluxanların və ölənlərin sayı artdıqca bunlar sevinməyə başladılar. Bu anri-milli qüvvələrin xalqın faciəsindən öz siyasi məqsədləri üçün istifadə etməyə başladılar. Azərbaycan xalqı müdrik xalqdır və ona görə də bu cür anti-milli qüvvələrə əhəmiyyət vermədən Azərbaycan Prezidenti və Birinci vitse-prezidenti ətrafında  daha da sıx birləşərək pandemiayay qaşrşı birgə mübarizə aparmaq üçün həmrəylik nümayiş etdirdi. Əminəm ki, Azərbaycan xalqı və dövləti bütün çətinliklərə sinə gərib uğurla çıxdığı  kimi koronavirus pandemiyasına qalib gələcək və  Prezidentin və Birinci vitse-prezidentin liderliyi altında üzləşdiyimiz vəziyyətdən minimum itki ilə üzüağ  çıxacaq. Azərbaycan koronavirusa  birgə qalib gələcək. Ancaq  bundan uduzan tərəf hər zaman olduğu kimi Azərbaycan xalqına və dövlətinə düşmən kəsilən anti-milli VİRUSlar olacaq”- komitə sədri deyib.

Komitə sədri əlavə edib ki,  dünyada COVID-19 virusundan öncəki viruslara vaksin tapıdığı kimi bunun əlacı tapılacaq: “Amma parodaksallıq ondan ibarətdir ki,  heç bir vaksinlə immunitet qazanmayacaq – Əli Kərimli və trolları virusuna vaksin tapmaq mümkün olmayacaq.  Tibbdə belə xəsətliklərə yoluxanlarla müalicəi olmayan parazitlər, viruslar  deyilir. Bu parazitlərin işi insan və ekologiyaya ziyan vurmaqdır. AXCP və Milli Şurada indi belə parazitlərdən olduğundan  cəmiyyətə xeyir verməsi mümkün deyil. Onların işi  ziyanverici parazit kimi cəmiyyətə ziyan vurmaqdır. Virus, parazit  sağlam insan orqanizmini məhv edib dağıtdığı kimi  AXCP və Milli Şura da sağlam Azərbaycan cəmiyyətini virus, parazit kimi  işindən dağıdıb, məhv etmək istəyir. Ancaq Əli Kərimli və onun trolları onu da unudurlar ki, Azərbaycan cəmiyyətinin virusa, parazitlərə qarşı immuniteti güclü və dözümlüdür.  Əli Kərimli kimi virusları zərərsiz virusa çevirmək mümkündür. Məhz ona görə də  illər boyu ölkəmizdə aparılan əks sanitar epidemioloji dezinfeksiya və deratizasiya tədbirləri ilə bu parazit və viruslar neytrallaşdırılaraq zəif virulent hala gətirilib. Sadəcə bir həqiqət də var ki, axı bunlar virusdur zaman keçdikcə ştammlarını dəyişir.

Bu parazit və viruslar  Qərbdəki ağalarının laboratoriyalarında mutasiyaya uğradılır və “milli viruslar” formasında  yenidən mənsub olduqları ölkələrə yayırlar. Bu fürsətçil viruslar onlara uyğun mühit yaranan kimi aktivləşirlər. Azərbaycan cəmiyyətinin bu viruslara qarşı immuniteti güclü olduğundan təsir edə bilmirlər.  odur ki, bu virusların  ömrü  sona çatmaq üzrədir”.

S. Qurbanov onu da bildirib ki,  bu gün Azərbaycan cəmiyyəti COVID-19 virusuna qarşı  mübarizədə Prezident və Birinci vitse-prezident ətrafında sıx birləşərək  amansızcasına  mübarizə apardığı kimi Əli Kərimli və onun trolları virusuna qarşı da  mübarizə apararaq  onları birdəfəlik zərərsizləşdirərək tarixin zibilliyinə atacaqlar:

“Bu anti-milli qüvvələr hesab edilən viruslar tarixin bu günkü acı dərsindən dərsindən  nəticə çıxara bilmədilər”.

Ölkədə həyata keçirilən siyasi islahatlara toxunan komitə sədri deyib ki, 2018-ci ildən etibarən Azərbaycanda  yeni dövrün tələblərinə uyğun formada  genişmiqyaslı islahatlar həyata keçirilməkdədir: “Bu islahatlar  ölkənin iqtisadi, sosial sahəsi ilə yanaşı, siyasi sahəni də əhatə edib. Bunun nəticəsi olaraq ölkədə idarəetmənin effektivliyini təmin etmək üçün  ciddi kadr və  struktur islahatları həyata keçirilib. Bu islahatlar qanunverici orqan olan Milli Məclisdə də davam edib. 2020-ci ilin fevralında keçirilən növbədənkənar parlament seçkilərindən sonra Milli Məclisin rəhbərliyi tamamilə yeni prinsiplər əsasında formalaşıb. Azərbaycan müstəqilliyini  bərpa etdikdən sonra ilk dəfə olaraq parlament rəhbərliyində müxalifət və digər siyasi qüvvələrin nümayəndələri təmsil olundular. Milli Məclisin sədr müavini,komitə sədrlərinin müavinləri  müxalifət  təmsilçiləri oldu. Ölkədə siyasi baxışından mövqeyindən asılı olmayaraq  partiyalarla  dialoqa start verildi və bu dialoq uğurla davam edir. Demək olar ki, dediyimiz viruslardan başqa bütün  siyasi  partiyalar  ölkədəki bütün problemlərin və məsələlərin dialoq  yolu həllinə  dəstək verdilər. Həyata keçirilən bu dialoq ölkə başçısı tərəfindən də yüksək dəyərləndirilir və bunu aprelin 14-də 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə bir daha dilə gətirdi. Ölkə başçısı digər sahələrdə olduğu kimi siyasi sahədə də islahatlar davam edəcək və siyasi iradənin ortada olduğunu bəyan etdi. Cənab Prezidentin dediyi kimi siyasi islahatların gözəl nəticələri görünməkdədir. Odur ki, ölkə rəhbərliyi  Azərbaycanda demokratiyanın inkişafı istiqamətində önəmli addımlar atacaq.  Çünki siyasi və iqtisadi islahatlar paralel aparılarkən  öz müsbət bəhrəsini verir.

Yuxarıda qeyd  etdiyim kimi özlərini hər şeydən təcrid edən, Azərbaycan dövləti və xalqına qarşı  xəyanət, düşmınçilik yolunu seçən  AXCP və Milli Şuradan başqa. Bu məqmada  cənab Prezidentin altıncı çağırış  Milli Məclisin ilk iclasında çıxışı zamanı xalqına xəyanətkar mövqedə dayanan qüvvələr haqqında  səsləndirdiyi  bir fikri xatırlatmaq  yerinə düşər. Prezident bildirdi ki, Azərbaycanda hazırda ictimai-siyasi vəziyyət çox sabitdir. “Ölkəmizdə ictimai-siyasi sabitliyə təhlükə törədə biləcək heç bir amil mövcud deyil. Ona görə bu amilləri anti-Azərbaycan qüvvələr ölkəmizin xaricində yaratmaq istəyirlər. Burada özünü müxalifət adlandıran və tamamilə rüsvayçı halda guya fəaliyyətini davam etdirən qruplaşmadan artıq onların əli üzülüb, onlara heç inam da qalmayıb. Ona görə yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır. Çünki indiki beşinci kolon öz sahiblərinin etimadını doğrultmur. Azərbaycanda çevriliş edə bilməyib, dırnaqarası inqilab edə bilməyib, xalqın dəstəyini qazana bilməyib, sadəcə, onlara müntəzəm olaraq verilən pulları mənimsəyib və beləliklə, öz havadarlarını pis günə qoyubdur. Odur ki, yeni beşinci kolon axtarışı gedir. Mən bütün siyasi qüvvələri bu məsələ ilə bağlı çox ciddi xəbərdar etmək istəyirəm ki, bu yol xəyanət yoludur, bu yola gedən xalq, dövlət qarşısında xəyanət edəcək. Ona görə bizim bütün daxili problemlərimiz Azərbaycanın daxilində həll olunmalıdır. Çünki bu gün dünyada elə bir qüvvə yoxdur ki, hansısa qərarı bizə aşılasın, yaxud da bizə nəyisə diktə edə bilsin. Belə qüvvə yoxdur və nə qədər ki, mən prezidentəm, belə qüvvə olmayacaqdır. Ona görə bu, tamamilə mənasızdır. Azərbaycanı hansısa təzyiq altına salmaq cəhdləri, yaxud da ki, sanksiyalarla hədələmək – bütün bunların heç bir əhəmiyyəti yoxdur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir və bunu heç kim unutmasın”- ölkə başçısı qeyd etdi. Ona görə də hesab edirəm ki, biz Prezident və Birinci vitse-prezident ətrafında daha da sıx biləşməklə bütün üzləşdiyimiz problemləri da həll etməliyik”.