Bu məhsullar bahalaşdı-Rəsmi məlumat-Siyahı

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb.


XALQ.AZ Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, yumurtanın, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, şokolad məmulatlarının, çayın, kola içkisinin, meyvə şirəsinin, arağın qiymətində baş verib.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.