Bu nazirliyin vəzifələri artırıldı

Energetika Nazirliyinin vəzifələri artırılıb.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Fərmanla Energetika Nazirliyi haqqında Əsasnamədə edilən dəyişiklikdə əksini tapıb.

Nazirliyin vəzifələri sırasına aşağıdakılar daxil edilib:

– “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanuna uyğun olaraq, torpaq sahələrinin (su obyektlərinin) bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi məqsədilə Nazirlər Kabinetinə əsaslandırılmış təkliflər vermək, bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş torpaq sahəsi (su obyekti) üzərində hüquqların ötürülməsi ilə bağlı müvafiq tədbirlər görmək;

– “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanuna uyğun olaraq, bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsini həyata keçirmək, bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikat vermək.