Bu ölkə 2007-ci ilə yeni başlayacaq

7

Miladi təqvimi 7 il arxadan təqib edən Efiopiya yeni, 2007-ci ili qeyd etməyə hazırlaşır.

XALQ.AZ-ın xəbərinə görə, hazırlıqlar xüsusilə paytaxt Əddis Əbəbə şəhərində özünü göstərir.

Məlumata görə, paytaxt bazarlarında qoyun və toyuq satışı artıb, binalar bayraqlarla bəzədilib, küçələrdə səyyar satıcılar çoxalıb.

Efiopiya təqviminə görə, il 13 aydan ibarətdir. İlin 12 ayı 30 gün, 13-cü ayı isə 5 və ya 6 gündür.