Bu ölkədə də “TikTok” qadağan edildi

Qərbi Afrika ölkəsi Seneqalda “TikTok” növbəti xəbərdarlığa qədər qadağan edilib.

Bu barədə ölkənin Rabitə Nazirliyi yazılı açıqlama yayıb.

” “TikTok”, ölkənin sabitliyini təhdid edən nifrət dolu və dağıdıcı mesajlar yaymaq üçün bədxassəli insanların seçdiyi proqramdır”, – deyə bəyanatda bildirilir.

İyulun 31-də müxalifət lideri Ousmane Sonkonun həbsindən sonra Seneqal ictimai asayişi pozacaq sosial mediada nifrət mesajlarının və mümkün küçə etirazlarının qarşısını almaq üçün mobil interneti kəsib.