“Peşə və ali təhsildə əhatəliliyi artırmağa çalışırıq. Bu proses kəmiyyət baxımından çox sürətlə gedir”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Gələcəyə hazır ol!” Karyera İnkişaf Forumunda panel müzakirəsi zamanı bildirib.
”Növbəti 4 ildə bu rəqəmi 60 minə çatdırmağı planlaşdırırıq. Lakin tələbənin hansı bacarıqlara sahib olması önəmli faktordur. 60 min insan ali təhsil müəssisəsinə gələndə hansı bacarıqlara sahib olur, ilk öncə bu bilinməlidir. Peşəkar kadr hazırlamaq zaman tələb edir. Bunu 6 aya etmək mümkün deyil. 6 ay hansısa bacarığı, məhsuldarlığı yuxarı olan əməkdaş hazırlamaq mümkündür”, – deyə o əlavə edib.
apa