Bu rayonun da baş planı tutuldu (FOTO)

Pirallahi

Yeni yaradılan Pirallahı rayonunun baş planın hazırlanması istiqamətində işlər görülür.

XALQ.AZ-ın məlumatına görə, bu işlərin tərkib hissəsi olan Pirallahı qəsəbəsinin baş planının hazırlanması isə artıq yekunlaşmaq üzrədir.

İlkin müzakirəsi keçirilən baş plan Pirallahı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və sifarişi ilə Bakı Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanıb.

Rayon icra hakimiyyəti tərəfindən keçirilən müzakirələrdə qəsəbənin inkişaf perspektivləri nəzərə alınaraq bir sıra təkliflər irəli sürülüb.

Bu təkliflərdə alternativ yolların çəkilməsi və küçələrin genişlənməsi, o cümlədən daxili magistral yolun çəkilməsi, yerüstü və yeraltı keçidlərin inşa edilməsi, yaşayış massivləri salınması, istirahət və əyləncə komplekslərinin tikintisi, su, kanalizasiya, elektrik, qaz xətlərinin baş planla uyğunlaşması və digər məsələlər öz əksini tapıb.

Pirallahi