Bu qadağalardan xəbəriniz var? 5 dəqiqədən çox öpüşmək …..

Ölkələrdə qadağalar haqqında

XALQ.AZ müxtəlif ölkələrdə olan qadağaıar haqqında araşdırmanı təqdim edir:

İsveçrədə saat 22:00-dan sonra unitaza su buraxmaq qadağandır.

Tailandda pul kağızlarını tapdalamaq olmaz .Çünki bu pulların üzərində ölkənin kralının şəkli təsvir olunub.Pulu tapdalayan hətta həbs həyatına məhkum olunur.

Sinqapurda yerə zibil atan 600 dollar cərimə olunur. Bu ölkədə 12 il saqqız satışı qadağan olunmuşdu, səbəb isə xuliqanların saqqızı hara gəldi yapışdırmaları idi. 2004-cü ildə bu qadağa götürülüb və ondan sonra saqqız yalnız apteklərdə satılmağa icazə verilmişdi.

Nyu-York şəhərində hələ də şotlandların öldürülməsinə icazə verilir, ama bir şərtlə ki, həmin şotlandın yanında yay və kaman olsun.

İngiltərədə isə yeni il bayramında şirin peraşki ilə üzüm yemək qadağan olunub. Digər qanunlardan biri isə , bu ölkədə parlamentdə ölmək qadağan olunmuşdur. Amma hələ ki, belə bir hadisə baş verməmişdir.

Biritiba şəhərciyinin meri də belə bir qanun vermişdir. Beləki, şəhər qəbirstanlığının dolduğunu görən mer, bu çıxılmaz vəziyyətdən çıxmaq üçün insanlara ölməyi qadagan etmişdir. Qanuna əsasən insanlar ölümdən qaçmaq üçün özlərinə yaxşı baxmalı, sağlamlıqlarını qorumağa borcludurlar.

Amerikanın Ohayo ştatında 5 dəqiqədən çox öpüşmək qadağandır.

San Fransiskoda öz maşınını köhnə alt paltarı ilə yumaq olmaz və bir vannada 2 uşağı çimizdirmək qadağandır. Həmçinin bu şəhərdə gün ərzində 3 boşqabdan çox qab sındırmaq olmaz.

Ohayo ştatında kişi portreti qarşısında paltarı soyunmaq qadağandır.

Kentukkidə isə küçədə çimərlik geyimində gəzmək olmaz.

Alabama ştatında kişilərə qadının yanında tüpürməyə icazə verilmir.

Mobil şəhərində, gözəl qızın yanından maşınla keçəndə kişilərə siqnallamağa icazə verilmir.