Bu suyu içən istidən əziyyət çəkməyəcək!

Su

“Harmonized H20 UV” sərinləşdirici içkisi insanı istidən qoruyacaq.

XALQ.AZ-ın xəbərinə görə, Osmosis Skincare şirkətinin yaratdığı içkinin özəlliyi ondadır ki, suyun molekullarında vibrasiya yaradan UVA və UVB spektrlərinin şüası var.

Şirkətin yaradıcısı doktor Ben Conson, bu vasitədən istifadə edərək suyun tərkibindəki molekulları tərpətməyə nail olub. Bu suyu içən adam isə istidən əziyyət çəkməyəcək. Yeni kəşfini o hələ alimlərlə bölüşməyib. Belə məlumat var ki, yaratdığı günəşdən qoruyan içkini ancaq, könüllülər üzərində sınaqdan keçirib.

Doktor Ben Consonun yeni ixtirasının mexanizmi elmi cəhətdən hələ təsdiq edilməyib. Müstəqil mütəxəsislər doktor Conun bu ixtirasını fantastika adlandırırlar. Onlar iddia edirlər ki, UVA və UVB şüaları insan orqanizmində qocalmanı sürətləndirir, gözlərin görmə qabiliyyətini zəiflədir. Bundan başqa isə insanın immun sistemmini sıradan çıxarır. Həm də DNK hüceyrələrini zədələyir.

Elmdə yenilik sayılmayan, lakin bir şirkətin qazanc mənbəyi üçün icad olunan günəşdən qoruyan içkini almağa tələsməyin. Çünki həkimlər də bunu insanlara məsləhət görmürlər.