“Yelo Bank”10 ailəni deyil, 30-40 nəfəri evsiz qoyur – Məhkəmə

“Yelo Bank”ın sentyabr ayı ərzində baş tutacaq məhkəmə proseslərindən 10-u müştərisi olan ailələrin mənzilindən çıxarılması ilə bağlıdır. Belə ki, bank ay ərzində məhkəmədə 10 ayrı ailəni evindən didərgin salmaq üçün çalışacaq.

“Yelo Bank”ın bu ay məhkəmədə vətəndaşlarla 171 çəkişməsi var. Onlardan 10-u vətəndaşların evdən çıxarılması üçün qaldırılmış iddialardır.

Belə ki, 28 avqust tarixində Sumqayıt Şəhər Məhkəməsində Ruslan Rəhimovun, 19 sentyabr tarixində Sumqayıt Apellyasiya Məhkəməsində Əhmədovlar ailəsinin, 18 sentyabr tarixində Xətai Rayon Məhkəməsində Səhrəddin Qurbanovun, 15 sentyabt tarixində Oğuz Rayon Məhkəməsində Bəxtiyar İsmayılovun, 14 sentyabr tarixində Sumqayıt Şəhər Məhkəməsində Hökumə Əhmədovanın, 13 sentyabr tarixində Bakı Apellyasiya Məhkəməsində Günel Xəlilovanın, 11 sentyabr tarixində Sumqayıt Apellyasiya Məhkəməsində Rəsulovlar ailəsinin, 11 sentyabr tarixində Sumqayıt Apellyasiya Məhkəməsində Ruzigar Orucov, Rəhilə Əliyevanın, 5 sentyabr tarixində Sumqayıt Apellyasiya Məhkəməsində Mürsəl Mürsəlzadənin və Leylan Əsgərovanın, 4 sentyabr tarixində Suraxanı Məhkəməsində isə Elnarə Hümbətovanın mənzilindən çıxarılması işinə baxılacaq.

Məhkəmədə bankın iddiası təmin olunacağı təqdirdə yuxarıda adı hallanan şəxslər və onların aiıə üzvləri yaşadıqları mənzildən çıxarılacaqlar. Bu isə təkcə 10 ailənin deyil 30-40 nəfərin evsiz qalması deməkdir.