Toylara icazə veriləcəyi tarix açıqlandı

31 avqust tarixinədək Azərbaycanda toy məclislərinin təşkilinə qoyulan qadağa davam edəcək. 


Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar imzalayıb.
XALQ.AZ-ın məlumatına görə, sentyabr ayının 1-dən etibarən Azərbaycanda toy məclislərinin təşkilinə icazə verilə bilər. Bu isə ölkə üzrə koronavirusa yoluxanların sayından asılı olacaq.


Yoluxmalarda kəskin azalma olacağı təqdirdə müəyyən qaydalara əməl edilməklə şənliklərin təşkili mümkün olacaq.


Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq fövqəladə vəziyyət rejimini növbəti 3 ay müddətinə uzadıb.