Bu tarixlərdə qəbul imtahanı keçiriləcək

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının II mərhələsi, əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının I və II mərhələsi, əlavə tədris və xarici dil imtahanlarının aşağıdakı qrafikə uyğun keçirilməsi planlaşdırılıb.

Dövlət İmtahan Mərkəzindən XALQ.AZ-a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul imtahanlarının 2-ci mərhələsinin 2-ci cəhdinin keçirilib-keçirilməməsi haqqında avqust ayında respublikada mövcud olacaq sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qərar veriləcək.

İmtahanların vaxtını əks etdirən cədvəli təqdim edirik:

S/sİmtahanın adıKeçirilmə tarixi
1.– Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi;- Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan.1 iyul
2.Bakalavriat səviyyəsinə qəbul imtahanı (II mərhələ), 1-ci cəhd:
 III ixtisas qrupu14 iyul
 II və IV ixtisas qrupları15 iyul
 I ixtisas qrupu27 – 28 iyul