Bu yerlərin əsl sahibi bizik – biz azərbaycanlılar!

Bu şəkil 30 il bundan öncə Şuşada “Güllü Bağ”da çəkilib.

Oxuduğum 2 saylı Şuşa orta məktəbin müəllimləri və şagirdləri. İşğal altında qaldığı 28 il ərzində bu bağ yəqin ki, indi dağıdılıb. Müzəffər Ali Baş Komandanın müdrik siyasəti, Azərbaycan əsgərinin şücaəti sayəsində biz yenidən doğma Şuşaya qayıtdıq.

XALQ.AZxəbər verir ki, bunu əslən Şuşadan olan millət vəkili Ramin Məmmədov öz sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.

O, sonra qeyd edib:

“İşğaldan azad olunmuş bütün ərazilərin xarabalıqlarını yenidən gülüstana çevirəcəyik, “Güllü Bağ”ı yenidən quracağıq. Çünki bu yerlərin əsl sahibi bizik – biz azərbaycanlılar! Bizi o torpaqlara yenidən qovuşdursan 28 il ərzində bir an belə itirmədiyimiz inamımız oldu.

Ali Baş Komandanın dediyi kimi: Şuşa, biz səni dirçəldəcəyik!”