“Bulaq suyunun həyətlərə çəkilməsinin qarşısı alınmalıdır”

“Bəzi rayonlarda bulaq sularının sakinlərin həyətlərinə çəkilməsinin qarşısı alınmalıdır”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Aydın Hüseynov deyib. Deputat bildirib ki, bunun üçün mexanizm hazırlanmalıdır.

A.Hüseynov hesab edir ki, bulaq suyunun həyətlərə çəkilməsi yolverilməzdir: “Qanunlara dəyişikliklər zamanı bu da nəzərə alınmalıdır. Bulaq suyundan istifadənin normaları müəyyənləşməlidir”.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.