“Bundan böyük humanizm, böyük insanpərvərlik ola bilməz”

Əfv, amnistiya, insanların səhvlərinin və xətalarının bağışlanılması müstəqil Azərbaycan dövlətinin və dövlət rəhbərliyinin insanpərvərlik, humanizm siyasətinin əsas və başlıca tərkib hissəsidir.

25 ilə yaxındır ki, bu siyasət aparılır və bundan sonra da aparılacaq, davam etdiriləcək.

Səhvə, xətaya, cinayətə yol vermiş və hərəkətlərindən səmimi şəkildə peşman olmuş, necə deyərlər, məhkumluq həyatlarında özləri-özlərini islah etmiş məhkumlar, məhbuslar bağışlanılır, əfv edilir, amnistiya aktlarına, əfv siyahılarına salınır, daxil edilir və bu proses bundan sonra da davam edəcək.

Bu siyasət tarixi şəxsiyyət, dövlətimizin-ikinci müstəqil Azərbaycanın Qurucusu Heydər Əliyevin hakimiyyəti dövründən həyata keçirilməyə başlanılıb, onun siyasətinin layiqli davamçısı-müdrik Prezidentimiz cənab İlham Əliyevin 18 illik hakimiyyəti dövründə də uğurla davam etdirilib və etdirilməkdədir.

Çox sevindirici və əlamətdar haldır ki, bu prosesə töhfə verən insanlardan, Şəxsiyyətlərdən biri də ölkənin Birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır.

Millətinin Vəkili olan Mehriban xanım 12 illik deputatlıq fəaliyyəti dövründə bir neçə dəfə amnistiya təşəbbüsü ilə çıxış edib, onun təşəbbüsü ali qanunverici orqan-Milli Məclis tərəfindən bir nəfər kimi, yekdilliklə dəstəklənib, amnistiya aktları qəbul edilib, imzalanıb, nəticədə də yüzlərlə, minlərlə, on minlərlə insan amnistiyaya düşüb, ailələrinə, əzizlərinə qoşuşub, yüz minlərlə insanın sevincinə sevinc qatılıb.

Hesab edirəm ki, bundan böyük humanizm, bundan böyük insanpərvərlik ola bilməz.

Budur əsl insanpərvərlik, budur əsl insansevərlik, budur əsl humanizm, budur əsl mərhəmət və rəhm!

Özü də bu keyfiyyətlər, bağışlamaq, əfv etmək böyüklüyü, rəhm, mərhəmət heç də hər bir siyasi liderə, dövlət xadiminə xas olan cəhətlər və keyfiyyətlər deyil.

Yalnız müdrik və ədalətli liderlər, dövlət xadimləri və rəhbərləri bu keyfiyyətlərin daşıyıcıları olurlar.

Fəxr və qürur hissi keçiririk ki, bizim Heydər Əliyev kimi, ədalət və müdrik Qurucumuz olub, İlham Əliyev  Mehriban xanım Əliyeva kimi, müdrik və ədalətli dövlət xadimlərimiz, rəhbərlərimiz, Liderlərimiz var.

Onların rəhbərliyi altında Azərbaycanımız daha da inkişaf, tərəqqi edəcək, demokratiyanın, ədalətin, humanizmin daha da yüksək təntənəsinə nail olacaq.

Ancaq təəssüf, ikrah doğuran və narahatedici məqam odur ki, yenə də bəziləri siyasi oyunlarından və oyunbazlıqlarından əl çəkmir, dar, çılız maraqlarından çıxış edir, ölkə Prezidentinin son Əfv Sərəncamını kölgə altına salmaq, onun ətrafında mənasız şou yaratmaq istəyirlər.

Amma alımır, necə ki indiyə kimi alınmayıb və bundan sonra da alınmayacaq.

Cəmiyyət kimin kim olduğunu yaxşı bilir və anlayır.

Sizlər də bilin və anlayın!!!