Bunlar ali məktəbə imtahansız qəbul olunacaqlar

Telebe-1

Bu il ölkə ali məktəblərənə müsabiqədən kənar qəbul olunmaq üçün 62 nəfər sənəd verib.

Bunu ANS PRESS-ə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

O, bildirib ki, dünya səviyyəli yarışların qalibləri müvafiq ixtisas üzrə ali məktəblərə müsabiqədən kənar qəbul olmaq hüququna malikdirlər: “Həmin şəxslər dünya çempiyonunun qalibidirlərsə və birinci, ikinci, üçüncü yerləri tutublarsa ali məktəblərə müsabiqədən kənar qəbul olunacaqlar. Bu həm incəsənətə həm də beynəlxalq fənn olimpiyadalarının qaliblərinə də aiddir. TQDK-nın saytında onlar üçün xüsusi elan var idi. Sənəd qəbulu zamanı bu məsələ araşdırılıb. Onlardan 60 nəfəri idman sahəsi, 1 nəfər incəsənət, 1 nəfər isə fənn olimpiyadası qalibi olduğu üçün ali məktəblərə müsabiqədən kənar qəbul olunacaqlar. Müraciət edən idmançıların adları isə özlərinin razırlığı ilə açıqlana bilər”