Bunun izahı verilməlidir” – Fazil Mustafa

“Operativ Qərargahın ləğvi əslində zəruridir, çünki artıq COVİD-19 pandemiyasına son verilibdir və yeni bir situasiya da hələ ki, yoxdur. Çox güman ki, belə bir infeksiya riskinin olması şərtlərinə görə, bu hələlik saxlanılır, amma ümid edək ki, bu məsələdə müəyyən dəyişikliklər olacaqdır, hər halda bunun izahı verilməlidir”.
Bu fikirləri millət vəkili Fazil Mustafa Operativ Qərərgahın ləğv edilib-edilməməsi məsələsi və quru sərhəddlərin açılmamasına münasibət bildirən zaman deyib.
Deputat bildirib ki, quru sərhədlərinin açılması məsələsi də aktual məsələdir, vətəndaşları çox narahat edən məsələdir:
“Daha çox xəstələr və tələbələr üçün mütləq quru sərhədlərinin açılması vacibdir. Eyni zamanda, Naxçıvan əhalisi üçün Türkiyə sərhəddi açılmalıdır, yəni insanlar avtobuslarla  artıq Türkiyəyə gedə bilməlidir. Çünki, müəyyən dərəcədə blokada şəraitinə görə yoxsulluq və işsizlik artmaqdadır və heç olmasa Türkiyədə müəyyən dərəcədə öz təminatını həyata keçirən əhalinin vəziyyəti qismən yüngülləşə bilər. Bu baxımdan bütün bu məsələlərə ciddi diqqət yetirilməlidir”.