“Bunun qarşısı alınmalı və apteklərdə nisyə dəftərləri olmamalıdır” – Deputat

“Bəzi apteklərdə nisyə dəftəri görürəm. Bunun qarşısı alınmalı və apteklərdə nisyə dəftərləri olmamalıdır”. Bunu Milli Məclisin deputatı Etibar Əliyev Səhiyyə komitəsinin iclasında deyib.

E.Əliyev qeyd edib ki, belə hal olmamalıdır: “Eyni zamanda, ölkəmizdə dərman vasitələrinin qiyməti bahadır. Qonşu Türkiyədə dərmanların qiyməti bizim ölkədən 2.5 dəfə daha ucuzdur”.