Burak Özdemir Bakıya gəlir-Video

Tezliklə Azərbaycana gəlməyi, oradakı qardaşlarımızla birlikdə yemək bişirməyi və ehtiyacı olan insanlara yardım etməyi planlayıram.

XALQ.AZ xəbər verir ki, bu sözləri TurkicWorld-ə özəl açıqlamasında türkiyəli CZN Burak kimi tanınan aşpaz Burak Özdemir deyib.

“Can Azərbaycan mənim üçün bütün dövlətlərdən fərqlidir, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, – deyə o vurğulayıb.