“Buraya tikinti zibillərini tökürlər, daha sonra da traktorla üstündən keçirlər” – Sakin

Sulutəpədə sakinlər qaz xətlərinin mərkəzləşmiş paylama nöqtəsinin sıradan çıxmaq təhlükəsi ilə üz-üzə qaldığını bildirirlər.

Bu barədə videogörüntü sosial şəbəkədə paylaşılıb.

 

Binəqədi rayonu Sulutəpə qəsəbəsində lentə alınan görüntülərdə vətəndaş iddia edir ki, “Azəriqaz” İstehsalat Birliyinin paylama nöqtəsi və xətləri bir neçə gündür ki, baxımsız vəziyyətdədir:

“Buraya tikinti zibillərini tökürlər, daha sonra da traktorla üstündən keçirlər. Qurum əməkdaşları gün ərzində ərazidə abonentlərin sayğaclarını yoxlaya bilir, lakin buraya baxmağa vaxt tapa bilmirlər?”

Qeyd edək ki, sözügedən ərazidə toplanan tikinti və məişət tullantıları ərazinin uzun müddətdir baxımsız vəziyyətdə olduğunu göstərir. Vətəndaşları narahat edən digər məsələ də məhz ərazidə antisanitar vəziyyətin hökm sürməsidir.