Bütün Avropa 2015-ci ildə Azərbaycana toplaşacaq

1

İtaliyanın “First online” portalında “Bütün Avropa 2015-ci ildə Azərbaycana toplaşacaq” sərlövhəli məqalə yerləşdirilib. Tarixdə ilk dəfə Azərbaycanda keçiriləcək Avropa Oyunları ilə bağlı məlumat verilən yazıda vurğulanır ki, “Bakı 2015” dünyanın ən möhtəşəm qitə oyunu olacaq.

Oxucuların diqqətinə çatdırılır ki, Bakıda birinci Avropa Oyunlarına hazırlıq işləri sürətlə və yüksək səviyyədə aparılır. Belə ki, yeni stadionlar, müxtəlif idman növləri üzrə arenalar inşa edilir, infrastruktur genişləndirilir.
İlk Avropa Oyunlarına daxil edilən idman növləri, idmançıların sayı və digər məqamlarla bağlı məlumat verən müəllif yazır ki, Azərbaycan 2016-cı ildə “Formula-1”in mərhələ yarışına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək.
Məqalənin tam mətnini aşağıdakı linkdə oxumaq olar:
http://www.firstonline.info/a/2014/09/22/i-giochi-di-baku-tutta-europa-in-azerbaijan-nel-20/4c9a6d7d-62b5-42de-a090-461f5779bd18
222