Bütün dünyanın diqqəti-AZƏRBAYCANDA

 

37

 

Bakı-2015” ilk Avropa Oyunlarının açılış mərasiminə 300 gün qalır. “Bakı-2015”dən bildiriblər ki, bununla əlaqədar Oyunların Əməliyyat Komitəsi (BEGOC) mötəbər idman tədbiri ilə bağlı əsas faktları və rəqəmləri təqdim edib.

Gələn il Azərbaycanda 6 mindən çox idmançı 239 medal uğrunda mübarizə aparacaq. Oyunlarla əlaqədar ölkəmizə komandaların üç mindən çox rəsmisi də təşrif buyuracaq. Hazırda BEGOC-da dünyanın beş qitəsindən 33 müxtəlif milləti təmsil edən 670 nəfər çalışır.
Gələn il iyunun 12-də keçiriləcək möhtəşəm açılış mərasimi ilə Avropanın həyatında mühüm hadisə olacaq 17 günlük idman bayramına start veriləcək.
“Bakı-2015” Avropa Oyunlarına 12 min könüllü cəlb olunacaq. Oyunlara Avropa Olimpiya Komitəsinin üzvü olan 49 milli komitə dəvət edilib. Yarışlar idmanın 19 növü üzrə ümumilikdə 20 arenada keçiriləcək.