Cəmil Əmirovun xatirəsinə konsert keçirilib

XALQ,AZ xəbər verir ki, Azərbaycan Dövlət Akademik Filarmoniyasında bəstəkar Məşədi Cəmil Əmirovun xatirəsinə həsr olunmuş konsert keçirilib. Konsert Filarmoniyanın və Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının birgə təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutub.

Mədəniyyət, incəsənət və ictimaiyyət nümayəndələrinin dinlədiyi konsertdə dahi bəstəkarların əsərləri səsləndirilib. Gecəni Əməkdar Artist Faiq Sadıqovun bədii rəhbərliyi və baş dirijorluğu ilə Əməkdar Kollektiv, Azərbaycan Televiziya və Radiosunun S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri müşayiət edib.

  

Elgün


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.