Cəbhə xəttində gərgin gecə

Silah-1

Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 29 dəfə pozulub.

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Şuraabad, Nəmirli, Şıxlar, Tərtər rayonunun Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.