Cəbhədə çoban minaya düşdü

Mina

Bu səhər Azərbaycanın mülki vətəndaşı minaya düşüb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Ağdamın Təzəkənd kəndində baş verib.

Belə ki, hələlik kimliyi məlum olmayan çoban minaya düşüb. Nəticədə çoban ağır yaralanıb. Onu yaxınlıqdakı hərbi hospitala aparıblar.

Minaya düşən çoban başqa kənddən gəldiyi üçün yerli sakinlər də onun kimliyini bilmir.