Cəbhədə erməni təxribatı

Cebhe

Cəbhə xəttində atəşkəs yenidən pozulub.

Müdafiə Nazirliyindən Xalq.az-a verilən məlumata görə, Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz, Ağdam rayonunun Şuraabad, Baş Qərvənd, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.